Qayığın içindəki kitab rəfləri - Dünyanın 10 ən məşhur kitab mağazası

Qayığın içindəki kitab rəfləri - Dünyanın 10 ən məşhur kitab mağazası
29 dekabr 2023
# 17:00

Kitablar ən yaxın dostumuz, həm də bizlərə yol göstərən mayaklardır. Onların sayəsində başqa dünyalara səyahət edir, özümüzü formalaşdırıb inkişaf etdirmək imkanı qazanırıq. Buna görə də kitablar da, dostlar kimi diqqətlə seçilməlidir.

Bəzən kitablarla yanaşı, onların satıldığı məkanlar da bizim üçün əhəmiyyət daşıyır. Belə ki, qədim binalarda yerləşən, fərqli dizaynları olan kitab mağazaları oxucuların diqqətini daha çox çəkir.

Kulis.az dünyanın ən məşhur kitab mağazalarının adlarını təqdim edir.

- “Selexyz Bookstore” – Hollandiya

Mağaza 700 illik tarixə malik qədim kilsə binasında yerləşir.


- “Livrario Lello" – Portuqaliya

Neoqotik üslubda tikilmiş binada yerləşən bu mağaza 1906-cı ildən fəaliyyət göstərir. “Harri Potter” filminin bəzi səhnələri burada çəkildikdən sonra, mağaza daha da məşhurlaşıb.

- “Cook and Book” – Belçika

Qeyri-adi dizaynı olan mağazada kitab almaqla yanaşı, ləziz yeməklər də sifariş edə bilərsiniz.


“El Ateneo Grand Splendid” – Argentina

Dünyanın ən məşhur kitab mağazalarından sayılan “El Ateneo Grand Splendid” kino və teatr mərkəzi olan bir binada yerləşir. Burada kitab rəfləri tamaşaçı oturacaqlarında yerləşdirilib.

- “Shakespeare and Company” – Fransa

1919-cu ildən fəaliyyət göstərən bu mağazada maraqlı kitablarla yanaşı, tarixi Fransa memarlığından da zövq almaq olar.

- “Atlantis Books” – Yunanıstan

Egey dənizinin sahilində, Santorini adasında yerləşən bu mağaza turistlərin ən çox ziyarət etdiyi məkanlardandır. 2002-ci ildə adada istirahət edən Oliver və Krek adlı iki dost burada kitab mağazasının olmadığını görür və 2004-cü ildə “Atlantis Books” adlı kitab mağazasını açırlar.

- “Ler Devagar” – Portuqaliya

Lissabonda yerləşən bu mağaza restoran və kafesi ilə də məşhurdur. Bu məkanda tez-tez kitab sərgiləri keçirilir.


- “Libreria Acqua Alta” – İtaliya

Venesiyada yerləşən mağazada rəfləri kiçik qayıqlar əvəz edir. Belə ki, burada kitablar qayıqların içinə yığılıb.

- “Brattle Bookshop” – ABŞ

Bu mağazanın maraqlı cəhəti isə onun bir hissəsinin küçədə yerləşməsidir.


- “Livraria da Vila” – Braziliya

"Livraria da Vila" Braziliyanın ən böyük kitab mağazası olmaqla yanaşı, modern arxitekturası ilə də diqqət çəkir.

“Aydın yol”

# 1159 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #