“Qızıl Portağal” film festivalının siyahısı açıqlandı

“Qızıl Portağal” film festivalının siyahısı açıqlandı
18 sentyabr 2026
# 11:20

Türkiyənin 63-cü Antalya "Qızıl Portağal" Film Festivalının yerli və beynəlxalq müsabiqə bölmələrində yer alan filmləri bəlli olub.

Kulis.az xəbər verir ki, yerli tammetrajlı film müsabiqəsində 58 müraciət arasından seçilən 12 ekran işi mübarizə aparacaq.

Onların arasında Yeşim Ustaoğlunun "Arkatakalan", Ferit Karahanın "Cinlerin Düğünü", Büşra Bülbülün "Bir Anne Hakkında" və Biket İlhanın "Tatlı Maya" filmləri yer alır.

Beynəlxalq müsabiqədə Andrey Zvyagintsevin "Minotaur" və Şahram Mokrinin "Black Rabbit White Rabbit" işləri də daxil olmaqla 13 film, yerli qısametrajlı müsabiqədə isə 10 ekran işi yarışacaq.

Qeyd edək ki, festival oktyabrın 24-dən 31-dək davam edəcək.

# 67 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər