Gənc Tamaşaçılar Teatrı yeni mövsümə başlayacaq

Gənc Tamaşaçılar Teatrı yeni mövsümə başlayacaq
8 sentyabr 2022
# 13:20

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 95-ci mövsümünün açılışını 24 sentyabr saat 12:00-da P. Cullifordun "Şirinlər" və 19:00-da Çexovun "Qağayı" tamaşaları ilə edəcək

Kulis.az xəbər verir ki, "Qağayı" tamaşası 25 sentyabrda da nümayiş olunacaq.

25 sentyabr proqramına Puşkinin "Qızıl balıq" tamaşası da daxildir. Tamaşa saat 12:00-da nümayiş ediləcək.

Sentyabr proqramı 30 sentyabr saat 19:00-da T. Vəliyevanın "Cəza" monotamaşası ilə yekunlaşacaq.

# 1098 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #