Samir İmanov: “Piyada keçidi”-Ən qısa hekayə

Samir İmanov: “Piyada keçidi”-Ən qısa hekayə
19 dekabr 2013
# 15:00

Kulis.az Samir İmanovun “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Piyada keçidi” (489 işarə) hekayəsini təqdim edir.

Yolun digər tərəfinə keçəndən sonra polis mənə yaxınlaşıb sənədimi tələb etdi.

- Nəyə görə ?

- Yerüstü piyada keçidindən istifadə etmədiyinizə görə sizə cərimə yazacam.

- Axı mən əlil arabasındayam

- Qanun hamı üçündür. Fiziki vəziyyətindən asılı olmayaraq hamı qanuna əməl etməlidir

Sənədimə baxan polis, cərimə qəbzini mənə verib getdi. Mən, öz vəzifəsini yerinə yetirən polis işçisindən incimədim. Onda günah yox idi. Əsl günah, bu piyada keçidini tikərkən məni nəzərə alıb elevator quraşdırmayan mühəndisdə və bu keçidin istifadəsinə icazə verən dövlət məmurunda idi.

# 1880 dəfə oxunub

Müəllifin son yazıları

# # #