Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günləri başlayır

Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günləri başlayır
21 aprel 2025
# 09:00

Bu gündən Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günləri başlayır.

Kulis.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ilk dəfə keçirilən tədbirlə bağlı Azərbaycanın incəsənət ustaları, ədəbiyyat və mədəniyyət xadimləri, bədii kollektivlər, yazarlar və media təmsilçiləri Bişkekə səfər ediblər.

20-25 apreldə baş tutacaq mədəni silsilədə Qırğızıstanın paytaxtının aparıcı mədəniyyət və təhsil müəssisələrində sərgilər, konsertlər, kitab təqdimatı, ustad dərsi və digər tədbirlər təşkil olunacaq.

Məqsəd Azərbaycan və qırğız xalqlarını ümumtürk kimliyi, ortaq mədəni dəyərləri, əsrlərdir, davam edən ədəbiyyat və sənət mübadiləsini birləşdirməkdir.

Qeyd edək ki, ötən ilin 23-26 aprelində Azərbaycanda da Qırğız Mədəniyyəti Günləri keçirilib.

# 206 dəfə oxunub

Müəllifin son yazıları

# # #