Firəngiz Rəhimbəyovanın ögey anası: “Qızım rəhmətə gedəndə...”

Firəngiz Rəhimbəyovanın ögey anası: “Qızım rəhmətə gedəndə...”
19 avqust 2022
# 13:30

“İllərdir, nə zəng edib, nə də ziyarət edib. Ondan mənə nə qız olacaq? Onun haqqında heç nə deyə bilmərəm”.

Bu sözləri bu yaxınlarda vəfat edən aktrisa Firəngiz Rəhimbəyovanın ögey anası Sona Rəhimbəyli “Oxu.az”a verdiyi müsahibəsində söyləyib.

Daha sonra o bunları əlavə edib:

“Firəngiz mənim yanıma gəlmirdi, kömək belə etmirdi. Qızım rəhmətə gedəndə heç bir dəfə də olsun, mənə zəng edib, başsağlığı vermədi. Ondan nə qohum olacaq ki... Onu qohumum olaraq görmürdüm. Görmək də istəmirəm. Dünyasını dəyişib. Allah rəhmət etsin!”

O, Firəngiz Rəhimbəyova ilə son görüşünü də xatırlayıb:

“Üç-dörd il bundan öncə “Bəxt üzüyü” filminin ikinci hissəsində çəkilmək üçün Bakıya gəlmişdi. Gəldi, mənə də baş çəkdi. Yad biri kimi gəldi. Heç mənimlə görüşmədi. Otağıma belə baş çəkmədi. Rəfiqəsi ilə gəlmişdi. Qızını heç görməmişəm”.

# 25918 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #