Elon Mask haqqında çəkilən film nümayiş olunacaq

Elon Mask haqqında çəkilən film nümayiş olunacaq
18 sentyabr 2026
# 14:30

"Universal" kinostudiyası rejissor Aleks Qibninin amerikalı sahibkar Elon Mask haqqında çəkdiyi "Musk" sənədli filminin beynəlxalq nümayiş planlarından imtina etmədiyini təsdiqləyib.

Kulis.az xəbər verir ki, Venesiya Film Festivalındakı premyerasından sonra böyük rezonans doğuran 235 dəqiqəlik ekran işi Maskın Silikon vadisindəki yüksəlişindən Donald Tramp administrasiyası ilə siyasi ittifaqına qədər olan qalmaqallı fəaliyyətini əhatə edir.

Film oktyabrın 9-da ABŞ kinoteatrlarında nümayiş olunacaq, kinoteatr nümayişlərindən sonra isə televiziya və striminq hüquqlarına sahib olan “HBO” platformasında yayımlanacaq.

Ekran işində Maskın keçmiş həyat yoldaşı Custin Mask və keçmiş sevgilisi Eşli Sent-Kler daxil olmaqla bir çox önəmli fiqurun müsahibələri yer alır.

# 77 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər