“Azərbaycan həqiqətləri” 9 dildə

“Azərbaycan həqiqətləri” 9 dildə
17 iyun 2015
# 17:18

Bu gündən etibarən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin aztc.gov.az ünvanlı saytının “Azərbaycan həqiqətləri” bölümü fəaliyyətə başlayıb.

Bu barədə Kulisə Tərcümə Mərkəzindən məlumat verilib. Adı çəkilən bölüm vasitəsi ilə Azərbaycanın qədim tarixi, mədəniyyəti və əraziləri barədə mətn və materiallar, sənədli faktlar və məlumatlar, həmçinin tarixdən üzü bəri Azərbaycana qarşı törədilən haqsızlıqlar, erməni təcavüzü, Xocalı soyqırımı, 20 Yanvar həqiqətləri barədə araşdırmalar mütəmadi və davamlı şəkildə, doqquz dildə dünya ictimaiyyətinə çatdırılacaq.

# 920 dəfə oxunub

Müəllifin son yazıları

# # #