Toğrul Nərimanbəyovun əsəri yüz min dollara satılıb

Toğrul Nərimanbəyovun əsəri yüz min dollara satılıb
5 dekabr 2014
# 11:59

Məşhur Azərbaycan rəssamı Toğrul Nərimanbəyovun “Böyük qoç” (1982) adlı rəsm əsəri Böyük Britaniyanın “Sotheby's” hərrac evində 68,500 funt-sterlinqə (107, 400 dollar) satılıb.

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, hərrac evində Rusiya, Qafqaz və Mərkəzi Asiya üzrə kurator Suad Qarayevadır və onun bu layihənin gerçəkləşməsində böyük rolu olub.

T. Nərimanbəyov 1930-cu ildə Bakıda anadan olub. 1950-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbini, 1955-ci ildə isə Litvada Vilnüs Rəssamlıq İnstitutunu bitirib. Portret, mənzərə, məişət və natürmort janrlarında çəkdiyi əsərlər dünya sərgi salonlarında, rəsm qalereyalarında, incəsənət muzeylərində nümayiş etdirilir, müxtəlif dövlətlərin muzeylərində və ayrı-ayrı şəxslərin kolleksiyalarında saxlanılır.

T. Nərimanbəyov 2013-cü il iyunun 2-də Parisdə vəfat edib.

# 1440 dəfə oxunub

Müəllifin son yazıları

# # #