Ədəbiyyat üzrə Nobel mükafatı laureatı məlum olub.
Kulis.az “Nobelprize.org”a istinadən xəbər verir ki, Enn Karson sözügedən sahə üzrə 2026-ci ilin laureatı elan edilib.
O, bu mükafata niyə layiq görülüb?
O, bu mükafata klassik ənənə ilə oynaq dialoq quraraq müasir ədəbiyyat üçün yeni formalar yaradan cəsarətli və yenilikçi yaradıcılığına görə layiq görülüb.
Qeyd edək ki, klassik yunan filologiyası ilə avanqard poetikanı qovuşduran kanadalı müəllif poeziya, tərcümə və tənqidi esseni vahid mozaikaya çevirərək kədər, itki və arzu duyğularını anatomik dəqiqliklə təsvir edir.
Mifik Herakl obrazını müasir travmalar kontekstində şeirlə yenidən quran "Qırmızı romanı", qardaşının vaxtsız ölümünə həsr olunmuş elegik kollaj tipli "Noks" və eşq ağrısının fəlsəfəsini açan "Acı-şirin Eros" onun janr qəliblərinə sığmayan başlıca kitablarıdır.