Məşhur rus şairinin ayağı kəsildi

Məşhur rus şairinin ayağı kəsildi
20 sentyabr 2013
# 09:24

Keçmiş SSRİ-nin və Rusiyanın tanınmış şairi Yevgeni Yevtuşenkonun ABŞ-da ayağı amputasiya olunub (kəsilib).

Lent.az-ın «Komsomolskaya pravda»-ya istinadən məlumatına görə, o, artıq xəstəxanadan çıxıb. Şair Yeni ili Rusiyada qeyd etməyi planlaşdırsa da, onun tezliklə Rusiyaya qayıdacağı gözlənilmir.

Mənbə bildirib ki, Yevtuşenkonun sağ ayağı kəsilib. Bununla belə şairini xəstəliyi barədə xəbəri verən mənbə gizli saxlanılır. Jurnalistin səhv edəcəyi də ehtimal olunur. Bununla belə qəzet yazıb ki, bu ilin iyulunda o, «İlin kitabı» mükafatının təqdim edilməsi mərasiminə qatıla bilməmişdi. O, «Rusiyada şair, şairlikdən də artıqdır. Rusiya poeziyasında 10 əsr» adlı kitabına görə bu mükafata layiq görülüb.

Anarın Yevgeni Yevtuşenko haqqında məqaləsi

# 1375 dəfə oxunub

Müəllifin son yazıları

# # #