HAK-İŞ 12-ci Beynəlxalq Qısa Filmlər Müsabiqəsində "Şalvar"(Pant) filmi ilə ikinci yerə layiq görülən danimarkalı rejissor Ramazan Hüseyni pul mükafatını Fələstinə bağışlayıb.
Kulis.az xəbər verir ki, rejissor çıxışı zamanı Fələstin və Qəzza ilə bağlı açıqlamalarına və dəstəyinə görə HAK-İŞ sədri Mahmud Arslana təşəkkür edib.
M.Arslan bunu İsrailə qarşı birgə mübarizə kimi qiymətləndirib: "Hüseyninin istəyi ilə qazandığı mükafatı Fələstin və Qəzzadakı qardaşlarımıza təhvil verəcəyik. İsrailin vəhşi hücumlarına son qoyulmalıdır".