#

Füzulinin “Su” qəsidəsi İstanbul səhnəsində

<b>Füzulinin “Su” qəsidəsi İstanbul səhnəsində</b>
14 mart 2019
# 12:51

Martın 19-da dahi Azərbaycan şiri Məhəmməd Füzulinin “Su” qəsidəsinə bəstələnmiş oratoriya İstanbulun Cəmal Rəşid bəy konsert salonunda səsləndiriləcək.

Kulis.azın verdiyi xəbərə görə, oratoriya İstanbul Böyükşəhər Bələdiyyəsinin sifarişi ilə həmyerlimiz, gənc bəstəkar, bir neçə beynəlxalq müsabiqə laureatı Pikə Axundova tərəfindən bəstələnib.

Əsər Camal Rəşid bəy konsert salonunun simfonik orkestri tərəfindən səsləndiriləcək. Dirijor Rəngim Göçməndir.

# 3532 dəfə oxunub

Müəllifin son yazıları

# # #