Azərbaycan Tərcümə Mərkəzinin “Xəzər” dünya ədəbiyyatı jurnalının yeni nömrəsi işıq üzü görüb.
Kulis.az xəbər verir ki, jurnalın bu nömrəsində “Nobel kürsüsü” rubrikasında Luiza Qlyukun, “Azərbaycan ədəbiyyatı” rubrikasında isə Akif Səmədin şeirləri yer alıb.
“Skandinaviya nəsri” rubrikasında Hans Kristian Branner, Kjell Askildsen və Melker İnqe Qarayın hekayələri təqdim olunub. “İlahi keçid” rubrikasında oxucular Tövratın tərcüməsilə tanış ola bilərlər.
“Korifeylər” rubrikasında bu dəfə Migel Asturias “Senyor Prezident” romanı ilə oxucuların görüşünə gəlib.
“Çağdaş Sloveniya poeziyası”nda Andrey Xoçevar, Veronika Dintinyana və Katarina Qombots şeirləri ilə oxucularda xoş ovqat yaratmağa çalışıblar.
“Hekayə” rubrikasında Mirça Eliadenin hekayələri verilib. “Yaddaş” rubrikasında Andre Klotun “Fateh Sultan Mehmed” əsəri, “Roman” rubrikasında isə Mixael Kumpfmüllerin “Həyatın möhtəşəmliyi” romanı təqdim olunub.
Jurnalın “Teatr” rubrikasında oxucular Lola Koenin “Strasberq metodu” və digər əsərlər ilə tanış ola biləcəklər.