Şəhriyar del Geranidən Tolikin verilişinə etiraz: “Şər, böhtan, iftira...”

Şəhriyar del Geranidən Tolikin verilişinə etiraz: <span style="color:red;">“Şər, böhtan, iftira...”
20 fevral 2018
# 16:41

Tanınmış şair Şəhriyar del Gerani “Xəzət TV”-də yayımlanan “Hər şey daxil” proqramında onun haqqında səslənən fikirlərə münasibət bildirib.

O, Kulis.aza açıqlamasında deyib ki, proqramı internetdən izləyib, tamamilə yanlış yöndən açılmış bir polemika üzərindən qurulan lokal veriliş olduğunu görüb: “Üstəlik, şər, böhtan, iftira. Mənim demədiyim, ümumiyyətlə demək potensialında olmadığım fikirləri mənim adımdan televiziya vasitəsilə tirajlamaq birmənalı şəkildə qeyri-etikdir.”

Şəhriyar del Gerani Xəzər TV rəhbərliyindən xahiş edib ki, belə məsələlərə nəzarət etsinlər: “Əgər həqiqətən də ədəbiyyat, sənət müzakirələrini televiziyaya çıxarmaqla daha böyük auditoriyaya çatdırmaq niyyətindədirlərsə, bu böyük maarifçilik missiyasını əməkdaşlıq etdikləri müstəqillik dövrü Azərbaycan ədəbiyyatının sütunlarından sayılan parlaq zəka, böyük intellekt, ciddi qələm sahibi Həmid Herisçiyə tapşırsınlar, müğənni prodüseri Tolikə yox.”

Şəhriyar del Gerani daha sonra bunları deyib:

“Aparıcı canlı efirdə dəfələrlə təkrar edir: “Şəhriyar bəyi efirə dəvət etdik, gəlmədi”. Daha sonra etiraf edir: “Mən kitab oxumuram”. Əzizim, kitab oxumursansa, nəinki dünya mədəniyyətində, Azərbaycan mədəni sferasında belə piyadasansa, mənimlə nədən danışacaqsan? Mən nəinki sizin, mütaliəsi olmayan heç bir televiziya aparıcısının dəvətini qəbul etmirəm. Arqumentimdə də haqlıyam. Bəli, gedin oxuyun, təkcə məni yox, Azərbaycanda ədəbi prosesi yaradan şairləri, yazıçıları oxuyun heç olmasa. Normal proqram hazırlayın, ciddi imzaları dəvət edin gəlib nəinki ədəbiyyat, istənilən incəsənət mözusunda iştirak edim. Bu zamana qədər dediyim bütün fikirlərin arxasındayam.”

# 1152 dəfə oxunub

Müəllifin son yazıları

# # #