"Avroviziya"ya tamaşaçı məhdudiyyəti qoyuldu

"Avroviziya"ya tamaşaçı məhdudiyyəti qoyuldu
30 aprel 2021
# 11:39

Bu il Hollandiyada keçiriləcək “Avroviziya” müsabiqəsinə maksimumum 3500 tamaşaçı buraxılacaq.

Kulis.az Tass-a istinadən xəbər verir ki, bu barədə məlumatı müsabiqənin təşkilatçıları yayıb. Konsertin geniş auditoriya üçün nəzərdə tutulmadığını deyən təşkilatçılar qeyd ediblər ki, biletlər yalnız 2020-ci ildə baş tutmalı olan konsertə bilet alanlar üçün nəzərdə tutulub.

Xatırladaq ki, ötən il pandemiyaya görə təxirə salınan müsabiqə Hollandiyanın Roterdam çəhərində baş tutacaq.

# 1178 dəfə oxunub

Müəllifin son yazıları

# # #