Emmi mükafatının qalibləri bəlli oldu

Emmi mükafatının  qalibləri bəlli oldu
23 noyabr 2021
# 11:50

Beynəlxalq Emmi mükafatı sahiblərinə təqdim olundu.

Kulis.az türk mediasına istinadla xəbər verir ki, Beynəlxalq Televiziya Sənət və Elm Akademiyası tərəfindən ABŞ xaricində istehsal olunmuş əsərlərə verilən Emmi mükafatı Nyu-Yorkda sahiblərinə təqdim olunub.

Keçən il pandemiya səbəbindən virtual təşkil olunan mükafatın aparıcılığını Nigeriya əsilli Amerikan aktyor Ynome Orji sahiblənib.

Ən yaxşı sənət proqramı, rejissoru Gregori Monro olan “Kubrick by Kubrick” adlı, Fransa istehsalı sənədli film seçilib.

Ən yaxşı aktrisa “Adult Material” adlı serialındakı rolu ilə İngilis Haylay Squires, ən yaxşı kişi aktyor isə “Des” serialında bir qatili canlandıran Devid Tennant qazanıb.

Ən yaxşı komediya mükafatı Fransız serialı “Dix Pour Cent”, ən yaxşı dram isə “Tahran” adlı seriala verilib.

Ən yaxşı sənədli film mükafatını, üç yaşında xərcəngdən ölmək üzrə olan uşaqlarının bədənini gələcəkdə xəstəliyə çarə tapılması ümidilə donduraraq saxlayan Taylandlı bir ailənin həyatından bəhs edən “Hope Frozen: A Quest to Live Twice” adlı film qazanıb.

# 1791 dəfə oxunub

Müəllifin son yazıları

# # #