Cem Yılmaz xəstəxanaya yerləşdirildi

Cem Yılmaz xəstəxanaya yerləşdirildi
29 avqust 2026
# 23:00

Türkiyənin səhiyyə naziri Kemal Memişoğlu aktyor və komediyaçı Cem Yılmazın səhhəti ilə bağlı məlumat paylaşıb.

APA-nın Türkiyə bürosunun məlumatına görə, nazir bildirib ki, Yılmazın səhhətində yaranan problemlə əlaqədar zəruri tibbi müdaxilələr uğurla həyata keçirilib.

Onun ümumi vəziyyətinin yaxşı olduğu, müalicə və müşahidəsinin ürək-damar reanimasiyası şöbəsində davam etdiyi qeyd olunub.

23:00

Məşhur türkiyəli komediya aktyoru Cem Yılmaz Çanaqqalada istirahət zamanı səhhəti pisləşərək xəstəxanaya yerləşdirilib.

APA Türkiyə mediasına istinadən məlumat verir ki, sinə ağrısı şikayəti olan Yılmaza Ayvacık Dövlət Xəstəxanasında ilkin tibbi yardım göstərilib.

Onun ürək spazmı keçirdiyi bildirilib.

Vəziyyəti nəzarət altında olan Cem Yılmaz daha ətraflı müayinə və müalicə üçün Çanaqqala Onsekiz Mart Universitetinin Tibb Fakültəsinin xəstəxanasına köçürülüb.

# 74 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər