Kilsə borcunu dua ilə ödəyəcək

Kilsə borcunu dua ilə ödəyəcək
16 fevral 2016
# 13:39

Rusiyanın Nijni-Novqorod şəhərində yerləşən kilsə borcunu dua ilə ödəyəcək. Kulisin türk mətbuatına istinadən verdiyi məlumata görə təklif kilsənin sifarişini yerinə yetirən şirkətdən gəlib.

Şirkətin gördüyü işin qarşılığında lazımı məbləği ödəyə bilməyən kilsə məhkəməyə verilib. Ancaq şirkət rəhbərliyinin dindar olması kilsənin xeyrinə qərar çıxmasına kömək edib. Beləliklə razılaşmaya əsəsən qalan 11500 dolların qarşılığına şirkət rəhbərliyi və onların ailələri üçün dua oxunacaq.

Şirkətdən kilsəyə güvəndiklərini bildiriblər: “Vicdanlarına buraxmışıq, amma biz onlara güvənirik, hətta indidən dualarının təsirini hiss etməyə başlamışıq.”

# 1706 dəfə oxunub

Müəllifin son yazıları

# # #