"Çağrı" romanının təqdimatı keçiriləcək

"Çağrı" romanının təqdimatı keçiriləcək
14 aprel 2023
# 14:00

15 aprel saat 13:00-da "LİBRAFF" Mağazalar Şəbəkəsinin "Park Akademiya" filialında yazıçı, biznes kouç və təlimçi Elçin Əzimlinin yeni nəşr olunan "Çağrı" romanının təqdimatı və imza günü keçiriləcək.

Kulis.az xəbər verir ki, sözügedən roman mart ayında ən çox satılan kitab olub.

Məlumat üçün bildirək ki, Elçin Əzimli "Dan ulduzu" romanının da müəllifidir.

Kitabı "Libraff"ın mağazalarından əldə edə və ya libraff.az saytından sifariş verə bilərsiniz.

Tədbirdə iştirak ödənişsizdir.

Ünvan: Hüseyn Cavid pr. 100, "Elmlər Akademiyası" m/s-nın əsas girişi ilə üzbəüz.

# 801 dəfə oxunub

Müəllifin son yazıları

# # #