Əlimərdan bəy Topçubaşov haqqında film çəkilib

Əlimərdan bəy Topçubaşov haqqında film çəkilib
28 aprel 2014
# 11:01

Aprelin 29-da Nizami Kino Mərkəzində “Parisdən məktublar” sənədli filminin təqdimatı olacaq. Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, film görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarından biri və Parlamentinin ilk sədri Əlimərdan bəy Topçubaşovun anadan olmasının 150 illik yubileyinə və siyasi fəaliyyətinə həsr olunub.


Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Salnamə" studiyasında çəkilən filmin quruluşçu rejissoru Tahir Əliyev, ssenari müəllifi İntiqam Qasımzadədir.

# 1884 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #