Bakı Uşaq və Gənclər Teatrı şəhid ailələrinin qonağı oldu - Fotolar

Bakı Uşaq və Gənclər Teatrı şəhid ailələrinin qonağı oldu - Fotolar
7 sentyabr 2021
# 18:37

Bakı Uşaq və Gənclər Teatrı “Sanator-Kurort Reabilitasiya Mərkəzi”ndə qazi və şəhid ailələrinin qonağı olub.


Kulis.az xəbər verir ki, tədbirdə Bakı Uşaq və Gənclər Teatrının aktyorlarının ifasında müxtəlif nağıl qəhrəmanları, sehrbaz Tofiq əmi uşaqlara xoş anlar bəxş ediblər.


İlhamə Əhmədova və Rauf Hüseynlinin təqdimatında olan tədbirdə teatrın aktrisası Əfruz Əliyevanın ifasında musiqi nömrələri, aktyorlar Türkan Şahmarlı, Qurban Əhmədov, Gülnar Əlizadə, Sənan Fərzəliyev, Rəhimə Abdinova, Röyal Allahverdiyevin ifasında səhnəciklər təqdim olunub.

# 1314 dəfə oxunub

Müəllifin son yazıları

# # #