Borçalı aşıqlarının sənət dünyası təqdim olunacaq

Borçalı aşıqlarının sənət dünyası təqdim olunacaq
1 sentyabr 2026
# 17:00

Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyində həyata keçirilən “Borçalı aşıq mühitini tanıyaq və tanıdaq” adlı layihə çərçivəsində Bakıda Borçalı aşıqlarının konserti təşkil olunacaq.

Kulis.az xəbər verir ki, layihənin həyata keçirilməsində əsas məqsəd aşıq sənətinin inkişafında tarixən mühüm rol oynamış Borçalı aşıq mühiti haqqında ətraflı məlumat vermək, bu mühiti daha geniş müstəvidə təqdim etmək, xüsusən də bu mühitin aşıqlarına, onların ifalarındakı özünəməxsusluqlara diqqəti cəlb etməkdir.

Qeyd edək ki, layihənin rəhbəri “Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyinin sədri, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur.

# 81 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər