Bon Jovi konsertini yarımçıq qoydu - Səbəb

Bon Jovi konsertini yarımçıq qoydu - Səbəb
24 iyul 2026
# 15:46

Amerikalı musiqiçi Con Bon Covi Nyu-Yorkdakı konsertini qəfildən yarımçıq dayandırıb.

Kulis.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

64 yaşlı sənətçi iyulun 23-də "Bon Jovi" qrupunun "Forever" turu çərçivəsində ardıcıl doqquz şoudan səkkizincisini keçirirdi.

"Livin' On A Prayer" mahnısını ifa etdikdən sonra müğənni davam edə bilməyəcəyini deyib. Şahidlərin sözlərinə görə, o, "Bağışlayın, ağrılarım var və sizə əla şou göstərə bilmirəm", - deyib. Daha sonra musiqiçi izləyiciləri biletləri atmamağa çağırıb.

"Sadəcə onları saxlayın, görüşü necə başqa vaxta keçirəcəyimizi düşünəcəyik", - deyə Bon Covi söz verib.

Aparıcı Cerri Breyden "X" sosial şəbəkəsində sənətçinin sinus infeksiyası ilə mübarizə apardığını yazıb.

# 85 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər