Hindistanın məşhur müğənnisi Aşa Bhosle 92 yaşında vəfat edib.
Kulis.az xəbər verir ki, ailəsinin məlumatına görə, o, Mumbayda xəstəxanaya yerləşdirildikdən sonra həyatını itirib.
Bollivudun əfsanəvi səsi olan sənətçi 12 mindən çox mahnı ifa edərək dünya miqyasında tanınıb.
Hindistanın Baş naziri Narendra Modi onu ölkənin ən ikonik səslərindən biri kimi dəyərləndirib.