Rüstəm Behrudi və Həmid Herisçidən sürpriz

Rüstəm Behrudi, Həmid Herisçi

Rüstəm Behrudi, Həmid Herisçi

18 dekabr 2021
# 14:35

Rüstəm Behrudinin və Həmid Herisçinin şeirləri İspaniyanın “El coloquio de los perros” ədəbiyyat portalında yayımlanıb.

Kulis.az xəbər verir ki, İspaniyanın populyar “El coloquio de los perros” ədəbiyyat portalı “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” (ADTM) layihəsi çərçivəsində tanınmış Azərbaycan şairləri Rüstəm Behrudinin və Həmid Herisçinin şeirlərinin yayımına başlayıb.

Geniş oxucu kütləsi tərəfindən izlənən portal Rüstəm Behrudinin ispan dilinə tərcümə olunmuş “Azadlıq, torino kəfəni və zəvvarlar”, Həmid Herisçinin “Cəlladla üz-üzə” şeirlərini hər iki şairin yaradıcılıqları haqqında geniş məlumatla təqdim edib.

Şeirlərin ispan dilinə tərcümə müəllifi – ispan dili üzrə mütəxəssis Tutuxanım Yunusovadır.

Qeyd edək ki, “El coloquio de los perros” portalı, mütəmadi olaraq səhifələrində Henri Lonqfello, Corc Eliot, Paul van Ostaijen, Sen-Pol-Ru kimi dünyaşöhrətli şair və yazıçıların yaradıcılığını işıqlandırır.

# 2143 dəfə oxunub

Müəllifin son yazıları

# # #