Çingiz Abdullayevdən duyğu dolu sözlər: “Ağlamaq istəyirəm”

Çingiz Abdullayevdən duyğu dolu sözlər: “Ağlamaq istəyirəm”
7 sentyabr 2021
# 11:12

“Jan Pol Belmondo vəfat etdi. Başqa bir şey yazmağa ehtiyac yoxdur. Böyük rejissorların, görkəmli tərəf-müqabillərin, məşhur filmlərin və dünya kino xadimlərinin siyahısında idi.”

Bu sözləri Xalq yazıçısı Çingiz Abdullayev yazıb. O, daha sonra əlavə edib:

“Qırx il əvvəl "Dronqo" əsərimdə kumirimdən - bu aktyordan yazmışdım. Mənim üçün o, əsl kişinin təcəssümü idi - ağıllı, güclü, enerjili, inanılmaz yumor hissi olan bir kişi... Qadınlara qarşı cəsarətli münasibəti ilə yadda qalmışdı. O, heç vaxt yaraşıqlı adam olmamışdı, ancaq mənim üçün ən cazibədar və yaraşıqlı kişi o idi. Ağlamaq istəyirəm. Bir epoxa bitdi.”

# 2374 dəfə oxunub

Müəllifin son yazıları

# # #