Məşhur rejissor vəfat etdi

Məşhur rejissor vəfat etdi
25 may 2023
# 10:20

Amerikalı rejissor Kenneth Anger 96 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə "The Hollywood Reporter" məlumat yayıb.

Rejissorun ölüm səbəbi məlum deyil.

Kenneth Anger 3 fevral 1927-ci ildə ABŞ-nin Santa Monika şəhərində anadan olub. 1937-ci ildə qısametrajlı filmlər çəkməyə başlayıb. 1950-ci ildə rejissor ABŞ-ni tərk edərək Parisdə dünyanın ən böyük kino arxivi olan Fransız kinoteatrında işə düzəlib. O, Fransız kinoteatrının yaradıcılarından biri olan Anri Lanqluanın köməkçisi olub, eyni zamanda çəkiliş bacarıqlarını təkmilləşdirib. Daha sonra ABŞ-yə qayıdıb.

Kenneth Anger 50-60-cı illərin avanqard Amerika kinosunun əsas nümayəndələrindən biri olub. O, sürrealist əsərləri ilə tanınıb. "Lucifer Rising", "My Demon Brother Awakening", "Scorpion Risen", "Fireworks", "Red-Brown Moment" kimi filmləri ilə məşhurlaşıb.

# 847 dəfə oxunub

Müəllifin son yazıları

# # #