Əməkdar artist Bəhram Bağırzadə bir neçə gün əvvəl sosial şəbəkələrdə yayılan videoya görə üzr istəyib.
Kulis.az xəbər verir ki, o, İnstaqram səhifəsində videoya çəkdiyi şəxslə birgə görünüb və həmin hadisədən danışıb.
B.Bağırzadə bildirib ki, həmin şəxslə eyni məhəllədə yaşayır:
“İki gündür yatmıram. Narahatlıq keçirirəm. Çünki bir Allah bəndəsinin haqqını yemişəm və qəlbinə toxunmuşam”.