Filarmoniyada yeni mövsümün ilk konsertlərinin tarixi açıqlandı

Filarmoniyada yeni mövsümün ilk konsertlərinin tarixi açıqlandı
10 sentyabr 2025
# 13:22

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası yeni mövsümün başlanması ilə bağlı konsert proqramlarını elan edib.

Kulis.az xəbər verir ki, sentyabrın 22-də festival çərçivəsində “Dostluq” konserti olacaq. Saat 19-da başlanacaq konsertdə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri (bədii rəhbər və baş dirijor Ağaverdi Paşayev) və solistlər Yeganə Axundova (piano), Emre Eryılmaz (tar, Türkiyə) çıxış edəcəklər.

Sentyabrın 22-də filarmoniyanın səhnəsində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin, ayın 25-də isə Niyazi adına Dövlət Simfonik Orkestrinin (dirijor Hakan Şensoy, solist Şefika Kutluer (fleyta) – hər ikisi Türkiyə) konserti olacaq.

Qeyd edək ki, sentyabrın 26-da filarmoniyada festivalın daha bir konsertində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (dirijor Yalçın Adıgözəlov) çıxış edəcək.

# 130 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər