Erməni qadın Bakıdakı sevgi macəralarından roman yazdı

Erməni qadın Bakıdakı sevgi macəralarından roman yazdı
10 mart 2016
# 15:22

Gürcüstanda yaşayan erməni qadın Sona Akopyan Azərbaycan dilində kitab yazıb, indi onu Bakıda çıxarmaq istəyir.

1954-cü ildə Bakıda doğulmuş S.Akopyan 76 nömrəli məktəbi bitirib. 1990-cı ildə iki ölkə arasında münaqişə alovlananda bacısı və anasıyla birlikdə Yerevana, daha sonra Gürcüstana köçüb.

Kitab S.Akopyanın gənclik illərində Bakıda azərbaycanlı kişilərlə yaşadığı sevgi macəralarından bəhs edir, bir sevgi macərası arxasınca başqası gəlir.

Romantik məhəbbət belletristikası janrında yazılmış kitab iki ölkə arasındakı münaqişə mövzusuna bir cümlə də toxunmur.

S.Akopyan bu kitabın Bakıda çap olunsa, Azərbayanda bu il ən çox satılan kitab olacağını iddia edir./oxuzali.az/

# 1497 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #