Azərbaycanın turizm imkanları Dubayda sərgilənir

Azərbaycanın turizm imkanları Dubayda sərgilənir
6 may 2024
# 17:00

Azərbaycanın turizm imkanları mayın 6-da işinə başlayan “ATM Dubai 2024” (Arabian Travel Market 2024) beynəlxalq turizm sərgisində tanıdılır.

Kulis.az xəbər verir ki, Yaxın Şərq bazarı üçün əsas turizm tədbirlərindən biri hesab olunan sərgidə B2B (Biznesdən biznesə) görüşlər keçirilir, yerli və xarici turizm sənayesi nümayəndələri arasında əməkdaşlıq imkanları müzakirə olunur.

Milli stendimizdə ölkəmizi Azərbaycan Turizm Bürosu ilə yanaşı, “Azərbaycan Hava Yolları”, “Şahdağ” Turizm Mərkəzi, hotellər və turizm şirkətləri daxil olmaqla 34 yerli tərəfdaş təmsil edir.

Stendin ziyarətçilərinə ənənəvi turizm məhsulları haqqında məlumat verilir, Azərbaycanın təbiət turizmi imkanları VR vasitəsilə təqdim edilir, milli şirniyyatların dequstasiyası imkanı yaradılır.

Qeyd edək ki, mayın 3-də Dubay şəhərində qlobal turizmin inkişafı, innovativ yanaşma və imkanlara həsr olunmuş “Phocuswright WiT” Orta Şərq konfrans çərçivəsində keçirilən panel müzakirələrdə Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid Azərbaycanın turizm potensialı haqqında təqdimatla çıxış edib.

Məlumat üçün xatırladaq ki, 2023-cü iyulun 8-dən etibarən Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında 90 günə qədər qalma imkanı verən vizasız gediş-gəliş rejimi tətbiq olunur. 2023-cü il ərzində ölkəmizə 41min 085 nəfər BƏƏ vətəndaşı səfər edib ki, bu da 2022-ci illə müqayisədə 11.4 faiz artım deməkdir. Eləcə də cari ilin ilk 4 ayı ərzində ölkəmizə gələn BƏƏ vətəndaşlarının sayında ötən ilin eyni dövrü ilə müqayisədə 22 faiz artım müşahidə olunur.

# 592 dəfə oxunub

Müəllifin son yazıları

# # #