Robin Linç “Now Gallery”də debüt sərgisini açır

Robin Linç “Now Gallery”də debüt sərgisini açır
12 dekabr 2023
# 18:40

İrlandiya əsilli londonlu kişi geyimi dizayneri Robin Linç “Now Gallery 2023 Fashion Commission” mükafatına layiq görülüb. Dizayner Londonun Qrinviç yarımadasındakı qalereyada özünün birinci sərgisini açıb.

Kulis.az xəbər verir ki, “İrlandiyadan salamlar” adlı sərgi Londondakı “Now Gallery”də 2024-cü il fevralın 25-dək açıq olacaq. Bu sərgi Robin Linç brendinin ehtiva etdiyi yaradıcılıq prosesini araşdırır, onun İrlandiya köklərinə öz brendinin tanındığı yumoristik üslubu ilə hörmət ifadə edir.

Dizayner öz brendinin İrlandiya kimliyini və mədəni düşüncələrini kolleksiyalarına köçürməsi ilə tanınır və tez-tez sosiallaşma dövründən öncəki zamanlarda Dublinin ətrafında böyüməsi haqqında xoş nostalji xatirələri oyadır. “İrlandiyadan salamlar” onun eyniadlı etiketinin pərdə arxasında intensiv araşdırma, dizayn və sənədləşdirmə prosesini açır, brendin formalaşmasına kömək edən amilləri üzə çıxarır.

“Now Gallery”nin kuratoru Cemayma Berrill deyib: “2023-cü il Moda Komissiyamız üçün hekayələr və prosesləri, habelə onların bir-biri ilə sintezini axtardıq. Robinlə görüşdükdən sonra biz şəkillər və videolar vasitəsilə onun təcrübəsinin diqqətlə sənədləşdirilməsini öyrəndik. Robin bu yolda ona kömək edən insanlar, xüsusən də atasının işlədiyi sənaye kompleksində çalışanlar haqqında onlarla film çəkib. Bu, modanın güclü iradə və böyük kömək göstərilməsi vasitəsilə başlamasının mahiyyətini əks etdirir. Onun 2023-cü ildə moda dizayneri olmaqla bağlı həm yumoristik, həm də düşünülmüş İrlandiya perspektivi ilə baxışlarının qalereyanı doldurduğunu görməkdən çox məmnunuq."

AZƏRTAC

# 753 dəfə oxunub

Müəllifin son yazıları

# # #