Arzuladığı rolu oynaya bilməyən məşhurlar - Siyahı

Arzuladığı rolu oynaya bilməyən məşhurlar - Siyahı
22 aprel 2024
# 14:00

Musiqi sahəsində uğur qazanan, həm də aktyorluq edən bir çox məşhur var. Cennifer Lopez, Rihanna və Herri Stayls bu adlardan bir neçəsidir.

Kulis.az arzuladığı rolu oynaya bilməyən məşhurların siyahısını təqdim edir.

Rihanna

Rihanna "Mad Max: Fury Road" filmində rol almaq üçün sınaqdan keçirilib. Rejissorluğunu Corc Millerin etdiyi filmdə oynaya bilməyən müğənni "Oceans's 8", "Home", "Battleship" filmlərində oynayıb.

Cennifer Lopez

Müğənnilik karyerası ilə tanınsa da, Cennifer Lopez bir çox filmlərdə oynayıb.

Lopez “Showgirls” filmində çəkilmək istəsə də, buna nail olmayıb.

Maykl Cekson

Maykl Cekson "X-Men" filmlərində professor Çarlz Ksavyeri canlandırmaq istəsə də, filmin rejissoru həmin personajın daha yaşlı aktyor tərəfindən canlandırılmasına qərar verib.

Britni Spirs

Britni Spirs bir neçə filmdə oynasa da, ən çox istədiyi "The Notebook" filmindəki "Elli" obrazını canlandıra bilməyib.

Eminem

Reper Eminem də Rihanna kimi "Mad Max: Fury Road" filmində oynamaq istəyib.

Coy Conas

Coy Conas "The Amazing Spider Man" filmində "Peter Parker" rolunu oynamaq istəsə də, onun bu arzusu reallaşmayıb.

Lizzo

Müğənni Lizzo “Kiçik su pərisi” filmində "Ursula" obrazını canlandırmaq istəsə də, o, rolu Melissa Makkartiyə uduzub.

Herri Stayls

"Don't Worry Darling" və "Dunkink" filmlərində oynayan Herri Stayls "Elvis Presli" obrazını canlandırmaq istəyib.

Teylor Svift

Mahnıları ilə rekord qıran Taylor Svift "Səfillər" filmində oynamaq istəyib.

# 678 dəfə oxunub

Müəllifin son yazıları

# # #