600 illik nadir tapıntı aşkarlandı

600 illik nadir tapıntı  aşkarlandı
29 iyul 2025
# 17:30

Polşanın Kolno qəsrində aparılan arxeoloji qazıntılar zamanı orta əsrlərə aid nadir tapıntı aşkarlanıb.

Kulis.az xəbər verir ki, qalanın xəndəklərinin birində gümüşə yerləşdirilmiş 600 illik nadir ametist daşı üzə çıxarılıb.

Alimlərin fikrincə, bu qiymətli daş böyük ehtimalla ya zadəgan broşuna, yaxud da tac və ya kral baş geyiminə aid olub.

Qeyd edək ki, Kolno qəsri XIII əsrdə Brzeq hersoqu III Boleslaw tərəfindən inşa olunmuşdu. Qala həm hersoqların iqamətgahı, həm də taxta daşınmasını nəzarətdə saxlayan strateji məntəqə kimi istifadə olunurdu.

# 109 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #