ARKİ kütləvi istefalara münasibət bildirdi

ARKİ kütləvi istefalara münasibət bildirdi
26 yanvar 2023
# 16:40

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) qurumdakı kütləvi istefalarla bağlı yayılan məsələlərə münasibət bildirib.

İttifaqdan Kulis.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ARKİ-nin Nizamnaməsinə əsasən, səbəbindən asılı olmayaraq, istənilən şəxs istənilən vaxt üzvlükdən imtina etməklə əlaqədar ərizə ilə müraciət edə bilər:

“Mətbuatda adları təqdim edilən ARKİ-nin bəzi nümayəndələrinin üzvlükdən imtina etməsi ilə əlaqədar bildiririk ki, üzvlükdən imtina ilə əlaqədar ARKİ-yə heç bir müraciət daxil olmayıb.

Adları mətbuata təqdim edilən bəzi üzvlərlə əlaqə saxlanılıb, lakin həmin üzvlər xəbəri mətbuatdan eşitdiklərini və üzvlükdən imtina barədə nə şifahi, nə də yazılı müraciət etmədiklərini deyərək, əksinə adlarından istifadə edərək belə xarakterli məlumatın yayılmasına tənqidi yanaşdıqlarını bildiriblər”.

# 1695 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #