“Ah, bu uzun sevda yolu” tamaşası yenidən göstəriləcək

“Ah, bu uzun sevda yolu” tamaşası yenidən göstəriləcək
29 mart 2022
# 11:00

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli şair Mikayıl Müşfiqin xatirəsinə ithaf edilmiş “Ah, bu uzun sevda yolu” tamaşası yenidən göstəriləcək.

Kulis.az xəbər verir ki, Əli Əmirlinin eyniadlı əsəri əsasında hazırlanan ikihissəli dram əsəri aprelin 1-də saat 19:00-da nümayiş ediləcək.

Tamaşanın bədii rəhbəri və quruluşçu rejissoru Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimidir.

Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan tamaşada rolları Xalq artisti Hacı İsmayılov, Əməkdar artistlər Anar Heybətov, Münəvvər Əliyeva, Ayşad Məmmədov və başqaları ifa edəcək.

# 1402 dəfə oxunub

Müəllifin son yazıları

# # #