Xalq artisti, professor Arif Babayev Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri vəzifəsindən çıxıb və yerinə Xalq artisti Mənsum İbrahimov təyin olunub.
Kulis.az xəbər verir ki, bu barədə APA-ya Xalq artisti Arif Babayev özü məlumat verib.
Onun sözlərinə görə, səhhəti və yaşı ilə əlaqədar olaraq, özü vəzifəsindən çıxmaq istəyib.
- Pyes müsabiqəsi elan edildi
- Vaqif Mustafayev "Fəryad-2" filminin nə vaxt nümayiş ediləcəyini açıqladı
- Azərbaycan ədəbiyyatı Şimali Avropa xalqlarının dillərində
“Vallah, daha yaşım o yaş deyil, səhhətim o səhhət deyil. Şükür Allahın verdiyi bu günə və bu ömrə. Amma, məncə, cavanlara yer vermək lazımdır. Mənsum cavan kadrdır, istedadlıdır, qoy getsin işləsin. Mən 50 ilə yaxın bu sahədə, bu sənət sahəsində xidmət etmişəm, daha bəsdir. İndi növbə cavanlardadır”, - deyə Arif Babayev bildirib.