Əməkdar artist Ağalar Bayramovun yaradıcılıq gecəsi keçirilib

Əməkdar artist Ağalar Bayramovun yaradıcılıq gecəsi keçirilib
3 iyul 2024
# 16:45

Beynəlxalq Muğam Mərkəzində Əməkdar artist, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, bədii qiraət ustası Ağalar Bayramovun yaradıcılıq gecəsi keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə sənətkarın yaradıcılığına həsr olunan qısametrajlı sənədli televiziya filmi nümayiş olunub. Filmdə görkəmli qələm və sənət adamlarının fikriləri yer alıb. Ekran əsərində Xalq şairi Fikrət Qoca, Xalq artistləri Habil Əliyev, Əminə Yusifqızı Ağalar Bayramovun sənət və söz dünyası haqqında düşüncələrini bölüşüblər.

Bədii qiraət ustasının öz aparıcılığı ilə keçən tədbirdə sənət dostları Xalq artistləri Zaur Rzayev, Vamiq Məmmədəliyev, Teyyub Aslanov çıxış edərək sənətkarı təbrik etdilər.

Şeir və musiqinin həmahəng ritmlərində davam edən gecədə Xalq artisti Simarə İmanova, Əməkdar artistlər Qoçaq Əsgərov, Gülüstan Əliyeva, İlkin Əhmədov, Elnur Zeynalov, Əməkdar mədəniyyət işçisi Ədalət Dəlidağlı və xanəndə Ayşən Mehdiyeva öz musiqi sovqatları ilə tədbirə rəng qatıblar. Solistləri tarzən Rüstəm Müslümovun rəhbərliyi ilə instrumental heyət müşayiət edib.

# 195 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #