Avanqardist rəssam Kazimir Maleviçin “Peyzaj” (1911) əsəri iyunun 20-də Londondakı Kristi auksionunda hərraca çıxarılacaq.
Kulis.azın rus mətbuatına istinadən verdiyi məlumata görə mütəxəssislər bildiriblər ki, tablonun dəyəri 9-13 milyon dollar təşkil edir. “Peyzaj” Maleviç yaradıcılığının erkən dövrünün ən miqyaslı işlərindəndir.
Məhz bu əsər sayəsində rəssamın yaradıcılığı rus tənqidçilərin diqqətini çəkib.
- Nizamiyə həsr olunmuş rəsm sərgisi açılıb
- Tanınmış musiqiçi vəfat etdi
- Akif İslamzadə: "İndi Allahdan bir arzum var" - Müsahibə
“Peyzaj” Maleviç işlərinin qırmızı seriyasına daxildir, o, nəzərəçarpan boyaları və energetik yaxmaları ilə fərqlənir.
Qeyd edək ki, əsər ilk dəfə 1911-ci ildə “Moskva salonu”nda ictimaiyyətə təqdim olunub. Müharibədən sonra “Peyzaj”ı Bazel İncəsənət Muzeyi alıb, 50 il sonra isə tablo Maleviçin varislərinə qaytarılıb.