"Alatava"nın heyətindən film - "Qapı"

"Alatava"nın heyətindən film - "Qapı"
14 may 2024
# 17:00

“Alatava” serialının yaradıcıları “Qapı” filminin çəkilişlərinə başlayıb.

Kulis.az xəbər verir ki, kriminal tragikomediya janrında olan filmin xronometrajı 90 dəqiqədir.

Yaş həddi 18+ olan film VASH media tərəfindən istehsal olunacaq. Filmin mövzusuna əsasən imkanlı bir iş adamının evində xadimə işləyən qadın bir gün oradan oğurluq etmək qərarına gəlir. Özünün bu işdə əli olmasını istəməyən qadın işə qardaşı və xalasıoğlunu göndərir. Onlar qapını açıb içəri daxil olanda qapı xarab olur və evin içində qalırlar. Evin 13-cü mərtəbədə olması qaçışın da olmaması deməkdir.

Çəkilişləri davam edən filmin 2024-cü ilin oktyabr ayında Cinemastercard kinoteatrlarında nümayişi nəzərdə tutulub.

"Kinoinfo.az"

# 716 dəfə oxunub

Müəllifin son yazıları

# # #