“Blade Runner” dünyasına qayıdış - Yeni serialın səkkiz seriyası yayımlandı

“Blade Runner” dünyasına qayıdış - Yeni serialın səkkiz seriyası yayımlandı
27 noyabr 2026
# 12:41

“Blade Runner” franşizasının yeni layihəsi “Blade Runner 2099” “Prime Video”da tamaşaçılara təqdim olunub.

Kulis.az xəbər verir ki, serialın səkkiz bölümünün hamısı eyni gündə yayımlanıb.

Hadisələr “Blade Runner 2049” filmindən 50 il sonra yenidən qurulan Los-Ancelesdə cərəyan edir.

Baş rollarda Mişel Yeoh və Hanter Şefer çəkiliblər.

Süjetdə qaçaq vəziyyətinə düşmüş Kora adlı qadınla ömrünün sonuna yaxınlaşan replikant Olven birləşərək təhlükəli bir qaçağın izinə düşürlər. Araşdırma zamanı onların qarşısına şəhərin gələcəyini və kövrək nizamını alt-üst edə biləcək bir sirr çıxır. Layihə “Blade Runner” dünyasının əsas mövzularına – insanlıq, yaddaş, süni həyat və kimlik məsələlərinə yenidən qayıdır. Səkkiz bölümlük serial franşizanın hekayəsini gələcəyə doğru genişləndirir.

# 167 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər