Gənc yazar işğaldan azad olunan kəndlərindən danışdı: “Yuxu kimidir!”

Gənc yazar işğaldan azad olunan kəndlərindən danışdı: “Yuxu kimidir!”
28 oktyabr 2020
# 11:01

“Hələ baş verənləri tam dərk edə bilmirəm”.

Bu sözləri əslən Füzulidən olan, tanınmış yazar Sahilə İbrahimova söyləyib. O, daha sonra bunları deyib:

“Xələfşə kəndindənik. Ərgünəş dağı ilə üzbəüzdü kəndimiz. O qədər balaca bir kənddir ki, əksər xəritələrdə görünmür. Butik kənd deyirəm ona. Balaca vaxtı qohumlarım gedirdi Füzuliyə, evin tək uşağı olduğuma görə məni qoymurdular. Anam çox təlaşlı qadın idi. Kəndə buraxmırdı məni. Çünki o vaxt artıq atışmalar başlamışdı. Kəndə getməyi çox istəyirdim, həvəsli idim. Kəndə getmək, istirahət etmək arzum ürəyimdə qalıb. Yay tətillərində uşaqlar öz kəndlərinə gedirdilər, amma mənim gedəcək kəndim yox idi. Əvvəl atışmaya görə qoymadılar, sonra da işğal olundu”.

Xanım yazar sonda nikbin danışıb:

“İndi inanıram ki, oğlum əcdadlarının kəndinə gedər. O gün həyat yoldaşım telefonda kiməsə ezamiyyətə gedəcəyini deyirdi. Mənə elə gəldi, Hadruta gedəcəyini dedi. Soruşdum, dedi, yox, Bərdəyə gedirəm. Dedim, axı eşitdim, Hadrut dedin. Birdən ikimiz də anladıq ki, cəmi iki ay bundan qabaq belə bir dialoqu ağlımıza belə gətirə bilməzdik. Hadruta, Şuşaya ezamiyyətə getmək... Yuxu kimidir”.

# 2190 dəfə oxunub

Müəllifin son yazıları

# # #