Açıq qalan pəncərə cəftəsi - Feyruz Muradovun hekayəsi

Açıq qalan pəncərə cəftəsi - Feyruz Muradovun hekayəsi
6 oktyabr 2023
# 17:20

Kulis.az Feyruz Muradovun "Açıq qalan pəncərə cəftəsi" adlı hekayəsini təqdim edir.

Həmin gün Cəlil müəllimin evinə oğrular basqın etmişdilər. Onu incidib zorla pullarını alıb aparmışdılar. Bu xəbər səhər tezdən bütün şəhərə yayılmışdı. Bunu heç kəs gözləmirdi. Çünkü son 10 ildə bu əyalət şəhərdə bu cür hadisə baş verməmişdi. Cəlil müəllim Böyük Vətən Müharibəsi iştirakçısı və döyüş yolu keşmiş adam idi. Alman faşist işğalçıları ilə döyüşlərdən salamat çıxan bu adam adi oğruların güdazına getmiş, onların əlindı aciz qalmışdı. Buna səbəb nə olmuşdu?

Bu oğurluq xəbəri səhər tezdən Cəlil müəllimin bir zamanlar işlədiyi redaksiyaya da çatdı. Həmin qış səhərində redaksiyaya zəng olundu. Redaktor Arif müəllim telefonun dəstəyini qaldırdı. Orta məktəb illərində sinif yoldaşı və yaxın dostu olan Vahid Həsənov ona zəng etmişdi. Onlar həm də qonşuluqda yaşayırdılar. Hər ikisi ali təhsilli idi. Arif qəzet redaktoru idi. Vahid isə uzun illər tikinti idarəsinə rəhbərlik etmiş, son illərdə isə təqaüdə çıxmışdı. O, ara-sıra redaksiyaya gəlir, hərdən hekayə də yazır və yazısı qəzetdə dərc olunurdu. Amma bu dəfə onun redaksiyaya zəng vurmasının səbəbi başqa idi. O, bu gecə Cəlil müəllimin evinə oğruların girdiyini dostuna bildirmək üçün zəng etmişdi. Polis işçiləri hadisə yerində olduğunu və özünün də hadisə yerinə yollandığını söylədi. Onlar hər ikisi Cəlil müəllimi çoxdan tanıyırdılar. Daim rəsmi tədbirlərdə görüşmüş, aralarında bir-birlərinə qarşı hörmət hissi yaranmışdı.

Telefonda eşitdiyi xəbər bir anda redaktorun halını dəyişdi. Bu gözlənilməz idi. Belə bir hadisənin baş verə biləcəyi, heç onu yuxusuna belə girə bilməzdi.”Görəsən evdən çoxmu pul aparıblar?Cəlil müəllim xəsarət alıbmı?” Redaktor bu kimi suallara cavab tapmaq istəyir və tezliklə hadisə yerində olmağa tələsirdi. O dəstəyi yerə qoyub, paltosunu geyindi və otağından çıxdı. Tələsik addımlarla müavinin otağına gəldi.Onun dediyi sözlər bir anda " redaksiyadakı əhval-rühiyyəni kökündən dəyişdi.

- Bu axşam Cəlil müəllimin evinə oğrular basqın ediblər. Cəlil müəllimə işgəncə verib xəsarət yetiriblər. Deyəsən, halı yaxşı deyil. İndicə Vahid müəllim mənə zəng edib xəbər verdi. Onlar Yusiflə birlikdə Cəlil müəllimin evunə yola düşüblər. Məni də çağırdılar. Mən də getməliyəm. Görək Cəlil müəllimin halı necədir? Nə kömək lazımdır? Bu sözləri eşidən müavin onunla birlikdə getmək üçün yerindən qalxdı. O başa düşdü ki, redaktorun hadisə yerinə tək getməsi yaxşı çıxmaz. İkisi birlikdə redaksiyanın qapısına sarı addımladılar.

Redaksiyanın digər işçisi Rauf onların həyacan dolu danışıqlarını qonşu kompyuter otağından eşidib dəhlizə çıxdı. Arif müəllim onu görüb bir anlıq ayaq saxladı. Sanki ancaq indi Raufun da burada olduğumu xatırladı və ona tərəf çevrilib dedi:

- Getmək istəyirsənsə sən də gəl.

Rauf redaksiyda kuryer işləyirdi. Lakin katibə qız kompüteri yaxşı bilmədiyi üçün həmin işləri o icra etməli olurdu.

Kompüter işindən savayı Rauf həm də müxtəlif mövzularda qəzetə məqalələr də yazırdı. Redaktor məhz buna görə onu işə götürmüşdü. İndi o, redaksiyanın materiallarını səhifələnmək üçün nəşriyyata göndərirdi. İşi yarımçıq qalmışdı. Odur ki , onlara qoşulub gedə bilməzdi. Redaktorla müavin isə tələsik Cəlil müəllimgilə yollandılar. Cəlil müəllimin evi redaksiyadan çox uzaq deyildi. Onlar nə baş verdiyindən tez, dəqiq xəbər bilmək üçün tələsik irəliləyirdilər.Bir qədər sonra Rauf da işini yekunlaşdırıb onların ardınca getdi. Redaksiyada bircə katibə qız qaldı.

Cəlil müəllim rayonun tanınan ziyalılarından idi. Yaşı doxsanı ötmüşdü. O, uzun müddət müxtəlif vəzifələrdə çalışmışdı.Cavanlıqda on il ispalkom, məktəb direktoru, on il təhsil şöbəsində müdir olmuşdu. O dövlət qulluqçusu kimi təqaüdə çıxmışdı.Yüksək məbləğdə təqaüd alırdı. Amma evdə otura bilmirdi. Ev sıxırdı Cəlil müəllimi. Cəlil müəllim uzun illər vəzifədə olduğuna görə icra başçısı onu yaxşı tanıyırdı. Odur ki , ona hörmət edirdilər.İş verirdilər ki, işləsin. Evdə qalıb sıxıntı keçirməsin. Amma əvvəlki kimi rəhbər vəzifəyə deyil, kiçik vəzifələri ona həvalə edirdilər. Cəlil müəllim buna da məmnunluqla razı olmuşdui. Bu münvalla Cəlil müəllim uzun illər əmək fəaliyyətini davam etdirdi. Ola bilsin ki, onun doxsandörd yaşınadək yaşamasına, sağlam qalmasına , əmək fəaliyyətini davam etdirməsi səbəb idi. Lakin doxsan yaşına yaxınlaşan ərəfədə icra başçısı onun işləməsini daha lazım bilmədi. İşlədiyi idarənin işçiləri də narazılıq etdilər.i cra başçısı bu dəfə qətiyyətlə sözünü dedi: - İşlədin , daha bəsdir.İndi get evinə, təqaüdünü al.

Cəlil müəllimi işindən uzaqlaşdı və adi təqaüdçü həyatı yaşamalı oldu. Hərçənd ki, ona qarşı haqsızlıq olunmamışdı, bununla belə o yenə də işdən uzaqlaşdırılmasından narazı idi. İndisə bu xoşagəlməz oğurluq hadisəsi onun qapısını döymüşdü. Sanki illərdən bəri qapıda durub məqam gözləyirmiş.

Rauf Cəlil müəllimgilə gələndə Vahid , onun dostu, keçmiş polis zabiti Yusif eləcə də redaktor və onun müavini burada idilər. Cəlil müəllim yerdə, döşəkçənin üstündə yarıuzanmış vəziyyətdə qərar tutmuş və ağlamsınmış halda gileylənirdi:

- Təki heç bu qədər yaşamayaydım. Ölüb gedəydim. Onda bu hadisə də başıma gəlməzdi. Bu günləri də görməzdim. Hərə dalımca bir söz deyir .Biri deyir-- Cəlil müəllim hələ sağdır? O biri deyir-- Cəlil müəllim heç xəstələnmir? Cəlil müəllim hələ ölməyib?.Elə bil mən hökmən ölməliyəm. O qədər dedilər-dedilər , axır xəstəliyə də saldılar məni. Başıma bu bəla da gəldi.

Gələn qonaqlar və ailə üzvləri bu sözləri eşidib Cəlili sakitləşdirməyə, ona təsəlli verməyə çalışırdılar. Amma sözlərindəki acı həqiqət, onları da kədərləndirirdi. Onun fikrini özlərini maraqlandıran məsələlərə yönəltmək üçün Arif və Vahid hadisənin necə baş verməsi barədə Cəlil müəllimə suallar verdilər. Oğruların evə necə daxil olması və Cəlil müəllimin bundan necə duyuq düşməməsi ilə maraqlandılar. Cəlil müəllim bir qədır qalxaraq əli ilə aynabəndin kiçik pəncərəsini Vahid müəllimə göstərdi. Bildirdi ki, çağrılmamış qonaqlar gecə saat iki-üç radələrində mənzilə həmin pəncərədən daxil olmuşlar.

- Bəs pəncərənin cəftəsini gecə bağlamamışdız ? - deyə Vahid müəllim soruşdu.Cəlil təəssüflə başını yelləyərək , asta səslə - yox söylədi.

Vahid bir qədər kədər və bir qədər də qınayıcı tərzdə - gərək yatanda pəncərənin cəftəsini bağlayaydız, Cəlil –dedi.

- Cəftəni həmişə açıq qoymuşuq. Belə bir hadisə heç vaxt olmurdu .

- Olmurdu , indi isə oldu.

Onlar oğruların üzünü yadda saxlaya bilib-bilmədiyini də soruşdular. Amma Cəlil müəllim qaranlıqda onların üzlərini görə bilməmişdi. Oğrular evin işığını yandırmamışdılar. Əllərindəki fənərlə iş görmüşdülər. Yalnız səsləri Cəlilin yadında qalmışdı. Əgər oğrular tapılsaydı onları səs ilə tanııya bilərdi. Bir də oğruların üç nəfər olmasını xatırlayırdı.

Qəribə idi ki , evə oğrular girdiyi halda heç bir şey sındırılmamışdı. Pəncərələr , qapı salamat yerində idi. Heç bir yerdə , heç nə sındırılıb-dağıdılmamışdı. Polis evdə heç bir barmaq izi də tapa bilməmişdi. Aydın olurdu ki, oğruların əllərində əlcək olub. Oğrular evin aynabəndinin kişik pəncərəsindən evə daxil olmuşdu .Cəlilgil çox vaxt bu pəncərəni cəftəsini bağlamırdılar. Onlar bilmirdilər ki , kim isə onların bu ehtiyatsızlığından istifadə edə bilər. Gecələrin birinmdə onların evinə daxil olub soyğunçuluq törədərlər.

Oğrular fürsətdən istifadə etməklə mənzilə səs-küysüz daxil olmuşdular. Ev sahıbləri onların evə neçə daxil olduqlarını hiss etməmişdilər. Əgər aynəbəndin pəncərəsinin cəftəsi bağlı olsaydı, oğrular evə səssiz daxil ola bilməzdilər. Səs-küyə yaranardı. Ev sahibləri yuxadan ayılıb, oğurluğun qarşısını almaq üçün nə isə bir tədbir görə bilərdilər. Amma pəncərənin cəftəsi açıq olduğundan, oğrular evə rahatca girmiş və Cəlil müəllimlə həyat yoldaşı bundan xəbər tutmamışdılar. Cəlil müəllim onda ayılmışdı ki, böyrünü kim isə dümsükləyir. Əvvəlcə nə baş verdiyini anlaya bilməmişdi. Evdə oğruların olması ona inandırıcı görünməmişdi. Axı onlar birdən-birə necə mənzildə peyda ola bilərdi.?

Lakin qaranlıqda çağrılmamış qonaqların ona hədə gələrək rullarının yerini deməsini tələb etmələri vəziyyətin ciddi olduğun xəbər verirdi. Odur ki , pulların yerini oğrulara göstərməyə məcbur olmuşdu. Onlar da evdə nə var hamısını yığıb –yığışdıraraq, sakitcə qapını açıb evi tərk edib getmişdilər. Aydın hiss olunurdu ki, evə girənlər bura bələd adamlar olmuşdu. Kənar adam aynabəndin pəncərəısinin yerini belə dəqiqlıklə bilə bilməzdi. Bu adamın kimin olması barədə hərə bir mülahizə söyləyirdi.Lakin heç kəs qəti bir adam adını çəkə bilmirdi. Bu olduqca sirli oğurluq hadisəsi idi

Gələnlər qonaqlar əsasən Cəlil müəllimə bir şey olub- olmaması ilə maraqlanır və ona bir şey olmadığı üçün şükür etməyin lazım olduğunu bildirirdilər.Vahid müəllim onu ruhlandırmaq üçün zarafat etməyə çalışırdı:

- Ay Cəlil, sevinmək lazımdır ki, sağlıq -salamatlıqdır.Qalanlar düzələndir.Əsas can sağlığıdır.Qorxduq ki, sənə bir şey olub .Tələsik durub gəldik.

Cəlil müəllim axşam baş verən hadisəni danışan zaman Arif müəllim oğruların nə qədər pul apardığı ilə maraqlandı.Cəlil müəllim bildirdi ki, beş-on manat dəfn pulum var idi.Onu aparıblar.Bu sözdən sonra qonaqlar bir daha sakitləşdilər.Şükür allaha yenə də salamatlıq olub deyərək - ayağa qalxıb yola düzəldilər.Cəlil müəllimin kiçik oğlu İlqar onları qapıyadək yola saldı.Küçə qapısında görüşüb ayrılarkən Arif müəllim ona təsəlli verib son dəfə :- yenə də salamatlıq olub deyəndə, İlqar ürək ağrısıyla:- Nə salamatlıq olacaq? Nə qədər pul , qızıl var hamısını aparıblar. Atam özü bildirmir.Qanınızı qaraltmaq istəmir.Ona görə belə deyir.Nə salamatlıq?.Yalnız bu zaman qonaqlar vəziyyətin nə yerdə olduğunu anladılar..Dərindən köks ötürüb yola düzəldilər.Amma nə etmək olardı.

Redaksiyaya qayıdarkən Cəlli müəllimin şikayətlənərək gileylənməsi Raufun gözümün önündən getmirdi. Rauf bu oğurluq hadisəsinin nə vaxt açılacağını gözləyirdi. Oğurluğun kimlər tərəfindən törədilməsini bilmək istəyirdi. Lakin aylar ötürdü. Cinayətin üstü açılmırdı ki, açılmırdı.Adamlar arasında cürbəcür şailər yayılırdı.Deyirdilər ki, guya oğurluğu elə Cəlilin öz nəvəsi törədib. Rauf bu fərziyəni yoxlayanda bu doğrulmadı.

15-20-il əvvəl rayonda başqa bir vəzifəli adamın evinə buna bənzər basqın olmuşdu.Həmin cinayəti törədənlər cəzalarını almışdılar. Onlardan bəziləri cəzalarını çəkib qayıtmışdı. Adamlar arasında belə bir fərziyə də dolanırdı ki, məhz həmin adamlardan hansısa yenidən köhnə əməlinə qayıdaraq bu hadisəni törədib. Ağlabatan görünsə də bu təxminlər də yalan çıxdı.

Hadisədən iki il sonra Rauf Cəlil müəllim haqda yazı hazırladı. Bu yazıdan Cəlil müəllimin ailə üzvləri xəbərsiz idi.Cəlil müəllim isə dünyasını dəyişmişdi. Rauf yazı barədə xəbərdarlıq etmək üçün onlara getdi. O, həm də bütün bu hadisələrin nə ilə qurtardığını dəqiq bilmək istəyirdi. Qapını evin böyük oğlu Əkbər açdı. Görüşdülər.Çay süfrəsi arxasında söhbət etdilər. Rauf bu hadisənin nə cür bitməsini Əkbərdən soruşdu. Əkbər olanları danışdı.

Cinayətin üstünün bir neçə ay idi ki,açılmamazı Cəlil müəllimin böyük oğlunu narahat edirdi.O polis idarəsinin işindən yuxarı qürumlara şikayət etmək istəyirdi.Amma atası qoymurdu. Polis rəisi də , tez-tez onlara gəlir , atasına baş çəkirdi. Onları sakitləşdirməyə çalışır və cinayətin üstünün gec-tez açılacağını bildirirdi. Doğrudan da bir qədər gec də olsa cinayətkarlar yaxalandılar. Hadisənin necə baş verdiyi, cinayətı kimlərin törətdiyi bundan sonra məlum oldu.

Cəlil müəllimin hasar qonşusu olan oğlan kafelərin birində Hacıqabul rayonundan gəlmiş iki tay-tuşu ilə tanış olub. Onun yeni tanışları əvvəllər cinayət törətmiş və həbsdə olmuş şəxslər idilər. Söhbət zamanı hacıqabullu oğlanlar oğurluq üçün əlverişli bir ev olub-olmaması ilə maraqlanırlar. Qonşu bildirir ki, belə bir ev yeri bilir. Evə haradan, necə, daxil olmağı da göstərə bilər.Oğrular mənzildə uzun illər dövlət qulluğunda olmuş və yaxşı pulu olan bir qocanın öz həyat yoldaşı ilə tək qaldıqlarını və övladlarının hərdənbir evə baş çəkdiklərini öyrənirlər. Sonra birlikdə əlverişli məqam taparaq oğurluq cinayətini törədirlər. On ay cinayətin üstü açılmır.Bu müddət ərzində oğurluqda əli olan qonşu oğlan onların gözü önündə dolanırdı.Cəlil müəllimin nə övladlarının nə də qohumlarını heç birinin ağlına gəlmirdi ki, qonşularının oğurluqda əli ola bilər. Çünkü əvvəllər ondan belə əməl görməmişdilər. Bir müddət sonra cinayətkarlar növbəti oğurluğ törədirlər. Lakin bu dəfə cinayətin izlərini gizləmək onlara nəsib olmur. Oğrular ifşa olunurlar .İstintaqda onların əvvəllər də bu cür oğurluqlar törətdikləri müəyyənləşir. Kələfin ucu tapılır. Oğrular müvafiq olaraq 10, 11 və 12 il müddətinə həbs cəzası alırlar. Oğurlanan pullar isə itib-batır. Cinayətkarlar tutulduqdan altı ay sonra Cəlli müəllim dünyasını dəyişdi. Oğurluqda iştirak edən qonşu oğlanın valideyinləri bu biabırçılıqdan sonra xəcalətlərindən evlərini satıb başqa yerə köçdülər.

Əgər bu oğurluq hadisəsi baş verməsəydi, Cəlil hələ çox yaşaya bilərdi. Bəlkə də lap yüz yaşına kimi ömür sürə bilərdi.O,sağlam bədənli , hündürboylu, müharibənin od-alovundan keçmiş adam idi. Gör həyatının son çağlarında kimlərin əlində aciz vəziyyətdə qalmışdı.Bu hadisə isə onu sarsıtdı. Bəlkə də yığdığı pulların aparılması da ona dərd oldu? Nə etmək olar? Həyatda heç kim, heç nədən sığortalanmayıb. Amma bir qədər diqqətli olub, pəncərələrin cəftəsini bağlanılmasına laqeyd yanaşmasaydı bu hadisədən baş verməzdi. Adi bir diqqətsizlik ağır nəticələrə gətirib çıxarır. Gərək bunu unutmayasan.

# 1456 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #