Mədəniyyət Yolu Festivalı başa çatdı

Mədəniyyət Yolu Festivalı başa çatdı
12 noyabr 2024
# 13:15

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bu il 16 şəhərdə təşkil edilən Mədəniyyət Yolu Festivalı başa çatıb.

Kulis.az xəbər verir ki, festivala son olaraq Türkiyənin ən böyük turistik şəhəri Antalya ev sahibliyi edib.

Antalyada doqquz gün ərzində festivalın proqramında bütün yaş qruplarına uyğun konsertlər, tamaşalar, sərgilər, əyləncələr, sənət görüşləri – 77 fərqli məkanda gerçəkləşən ümumilikdə 285 tədbir yer alıb.

Antalyanın Konyaaltı çimərlik parkında qurulan əsas səhnədə xalq musiqisindən operaya, populyar musiqidən teatra qədər təqdimatlar olub, məşhur ifaçıların konsertləri keçirilib. Bundan əlavə, uşaqlar üçün əyləncəli tədbirlər məkanı – “Uşaq kəndi” fəaliyyət göstərib. Dünyanın ən böyük rəqs qruplarından olan “Anadolu atəşi”nin Aspendos Antik Teatrında yerli və xarici turistlər qarşısında heyranedici çıxışı da festival proqramına rəng qatıb.

Qeyd edək ki, bu il dördüncü dəfə təşkil edilən Türkiyə Mədəniyyət Yolu

# 311 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #