Yazıçı Azər Abdulla vəfat edib

Yazıçı Azər Abdulla vəfat edib
21 mart 2021
# 16:09

Yazıçı Azər Abdulla (Əhmədbəyli) vəfat edib.

Bu barədə APA-ya onun oğlu, yazıçı Alpay Azər məlumat verib.

O, atasının martın 20-də səhər saatlarında vəfat etdiyini və Xırdalan qəbiristanlığında dəfn edildiyini bildirib.

Qeyd edək ki, A. Abdulla bir müddət əvvəl koronavirusa (COVİD-19) yoluxmuşdu.

Azər Abdulla 1940-cı ildə Qərbi Azərbaycanın Zəngəzur mahalının Mığrı bölgəsinin Lök kəndində kolxozçu ailəsində doğulub. 1962-1967ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin dil və ədəbiyyat şöbəsini bitirib.

Jurnalistik fəaliyyətinə "Azərbaycan məktəbi" jurnalında korrektor, "Mədəni ticarət" qəzetində ədəbi işçi işləyərkən başlayıb (1967-1969), ilk qələm təcrübələrini və şerlərini dövri mətbuatda çap etdirib. "Qobustan" toplusunda texniki redaktor vəzifəsində çalışıb. "Oğuz Eli" qəzetinin əlavəsi olan "Yazıçı" qəzetinin baş redaktoru olub.

"Bir durna qatarıyıq", "Gedirəm gün doğana", "Səni gözləyirəm", "Bəyaz çiçəklər", "Qəmərlidən keçən qatar" və başqa kitabların müəllifidir.

Allah rəhmət eləsin.

# 2382 dəfə oxunub

Müəllifin son yazıları

# # #