Paşa Araz: “Ağ-qara fotoşəkillər”-Ən qısa hekayə

Paşa Araz: “Ağ-qara fotoşəkillər”-Ən qısa hekayə
25 dekabr 2013
# 15:00

Kulis.az Paşa Arazın “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Ağ-qara fotoşəkillər” (476 işarə) hekayəsini təqdim edir.

Bir səhər zibil torbasını bizim yox, qonşu binanın həyətindəki yeşiyə atmaq istəyirdim ki, gözümə iki ay bundan öncə vəfat etmiş Həmid kişinin səpələnmiş ağ-qara fotoşəkilləri sataşdı.

Həmin axşam, yazı yazmaq üçün ailə tərəfindən mənə ayrılmış xüsusi məkana – qırmızı kərpiclə hörülmüş darısqal, nəmişlik iyi gələn eyvandakı köhnə masada əyləşib, beş yaşımdan xatirəmdə qalmağı bacarmış hadisələrin bir neçəsini xatırlayaraq belə bir cümlə, daha doğrusu bir cümlədən ibarət vəsiyyətnamə yazdım: “Mənim bütün xatirələrimi mənimlə birlikdə dəfn edin.”

# 1650 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #