Rejissor Rusiyada film çəkmək istəyindən danışıb.
Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, amerikalı rejissor Vudi Allen pandemiya bitdikdən sonra Sankt-Peterburqda və ya Moskvada film çəkmək istədiyini bildirib. O, bu barədə son müsahibəsində qeyd edib və gələcək təklifləri dəyərləndiyəcəyini vurğulayıb.
85 yaşlı rejissor bir neçə dəfə Rusiyaya səfər edib. Sankt-Peterburqu ən gözəl və ilham verən şəhər, Moskvanı isə möhtəşəm yer adlandırıb.
Vudi Allen yeni film çəkməyə hazırlaşır
3 dekabr 2020
17:19
1907 dəfə oxunub