Həyat yoldaşı "Toppuş bacı"dan qalan əşyaları paylaşdı

Həyat yoldaşı "Toppuş bacı"dan qalan əşyaları paylaşdı
13 noyabr 2024
# 09:53

Mərhum Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal ondan qalan əşyaların fotosunu paylaşıb.

Kulis.az xəbər verir ki, o, aktrisanın pulqabısından çıxan əşyaları paylaşaraq bunları yazıb:

"Tünzalənin bəzi əşyaları var ki, hələ də cəsarət etmirəm toxunmağa. Pulqabısını bu gün açdım, içindən evin açarı və 1 manat çıxdı. Bir anlıq düşündüm ki, səhər qapını bağlayıb işə gedirik, axşam gəlib təkrar açacağıq. Nə bilim, vaxt dolana qədər hərəmiz birtəhər yaşamağa çalışırıq. Çox darıxıram yoldaşım üçün, bir yandan da günlər elə tez keçir ki... Sanki ona qovuşacağım günlər daha sürətlə gəlir".

Qeyd edək ki, aktrisa xərçəng xəstəliyindən vəfat edib. Onun Zəhra adlı bir qızı var.

# 359 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #