Rəmişin səhhəti ağırlaşıb - Həkim danışdı

Rəmişin səhhəti ağırlaşıb - Həkim danışdı
13 yanvar 2021
# 13:05

Xalq artisti Rafiq Hüseynovda (Rəmiş) qaraciyər transplantasiyası həyata keçiriləcək.

Kulis.az Lent.aza istinadən xəbər verir ki, bu barədə tanınmış gitara ifaçısının həkimi Nuru Bayramov "Elgizlə izlə" verilişində məlumat verib: “Ağciyərində də problem var. Hazırda Rəmiş müəllimi qaraciyər transplantasiyasına namizəd kimi qəbul edirik. İndi müalicə davam edir. İlk növbədə ağciyərini yoxlayırıq. Bu arada vaxt itirməmək üçün Hepatit C-nin müalicəsinə də başlanılıb. Müalicə təxminən altı ay davam edəcək. Qarnına su yığılması qaraciyərindəki problemlə bağlıdır. Ağciyərində hər hansı problem olmasa, yaxın gələcəkdə qaraciyər dəyişdirilməsini həyata keçirəcəyik”.

# 2034 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #